İdman

Məsut Özil Türkiyənin Bakıdakı oyunu ilə bağlı paylaşım edib

“Fənərbaxça”nın futbolçusu Məsut Özil AVRO-2020-nin qrup mərhələsinin II turunda bu gün Uelslə qarşılaşacaq Türkiyə millisinə dəstək nümayiş etdirib.
Apasport.az saytının məlumatına görə, Almaniya millisinin sabiq üzvü bu barədə sosial şəbəkədə paylaşım edib.
Ulduz futbolçu “ay-ulduzlular”ın Bakıdakı görüşdə qələbə qazanacağına inandığını vurğulayıb: “Milli komandamıza qardaş ölkə Azərbaycanda Uelsə qarşı uğurlar diləyirəm. Haydi, Türkiyə!”
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Türkiyə – Uels görüşü saat 20:00-da başlayacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button