Gündəm

Məzahir Pənahov yenidən MSK sədri seçildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

İclasda MSK-nın 18 yeni və 3 ehtiyat üzvü, Milli Məclisin Sədri Sahibə Qafarova və Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev iştirak edib.

Milli Məclisin Sədri MSK üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

İclasda təşkilatı məsələlərə – MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb.

Məzahir Pənahov yenidən MSK sədri, Rövzət Qasımov MSK sədrinin müavini, Mikayıl Rəhimli və Arifə Muxtarova isə MSK-nın katibləri seçiliblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button