Cəmiyyət

Maksimum bal toplayan şagird: “Bir-iki sualda tərəddüdlü idim”

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 29-30-da keçirilən buraxılış imtahanında bir nəfər maksimal olan 300 balı toplayıb. Həmin şəxs Şəmkir rayonu, Düyərli kənd 2 saylı orta məktəbin şagirdi Ayxan Kazımovdur.A.Kazımov “Report”a açıqlamasında bildirib ki, yüksək nəticə toplayacağını gözləyirdi:
“Amma bir-iki sualda tərəddüdlü idim. Cavablar çıxanda gördüm ki, hamısı düzdür. Sınaq imtahanlarında da yüksək bal toplayırdım, amma maksimum nəticə olmamışdı”.
A.Kazımov I ixtisas qrupu üzrə hazırlaşdığını qeyd edib:
“Sənədlərimi Bakı Ali Neft Məktəbinin İnformasiya Təhlükəsizliyi ixtisasına vermək istəyirəm”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button