Dünya

Malidə hücum zamanı altı nəfər həlak olub

Malinin mərkəzi hissəsində baş vermiş hücum nəticəsində 6 nəfər həlak olub, 10-dan çox insan xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə RFI radiostansiyası bildirib.
Radiostansiyanın məlumatına görə, silahlı şəxslər Duensa yaşayış məntəqəsinin yaxınlığında ictimai nəqliyyata hücum ediblər. Qeyd edilir ki, hadisə zamanı daha 13 nəfər xəsarət alıb. Yaralılardan 5-nin xəsarəti ağırdır.
Mali ordusu bildirib ki, əhalinin təhlükəsizliyin təmin olunması üçün hadisə yerinə əlavə hərbi qüvvələr göndərilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button