İdman

“Mançester Siti”nin çempionluğu təxirə düşüb

İngiltərə Premyer Liqasında XXXV turun oyunları keçirilir.
Apasport.az saytının məlumatına görə, turun mərkəzi görüşündə “Mançester Siti” “Çelsi”ni qəbul edib.
Çempionlar Liqasının finalçıları və Premyer Liqada ilk “dördlük”də qərarlaşan komandaların oyununda hesabı Rahim Sterlinq açıb. O, 44-cü dəqiqədə fərqlənib.
İngiltərə çempionluğunu təmin etmək üçün qalib gəlməli olan “Mançester Siti” üstünlüyü qoruya bilməyib. Hakim Ziyeş 63-cü dəqiqədə bərabərlik qolu vurub. Oyunun uzatma dəqiqələrində Markos Alonso paytaxt təmsilçisinə qələbə qazandırıb – 2:1.
Bununla da mançesterlilərin çempionluğu təmin etməsi təxirə düşüb. 35 oyunda 80 xal toplayan Pep Qvardiolanın yetirmələri ən yaxın izləyicisi “Mançester Yunayted”i 13 xal qabaqlayır. 
5 oyunu qalan sonuncular sabah “Aston Villa” ilə görüşdə uduzsa, çempionluq şansını da əldən verəcək. Bu, “şəhərliləri” çempionluğa daşıyacaq.
Qeyd edək ki, 35 oyunda 64 xal toplayan “Çelsi” 3-cü pillədə qərarlaşıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button