Cəmiyyət

Masallıda avtomobillə motosiklet toqquşub, ölən var

Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.
Belə ki, Xırmandalı kənd sakini, 1958-ci il təvəllüdlü Hüseyn Əli oğlu Səfərovun idarə etdiyi motosiklet eyni yolda hərəkətdə olan “VAZ-2107” markalı avtomobillə toqquşub. Motosikletin sürücüsü ağır kəllə-beyin travması alıb. “VAZ-2107″nin sürücüsü Lənkəran Rayon Mərkəzi Xəstəxansına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, H.Səfərovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button