Cəmiyyət

Masazırda baş verən yanğın söndürülüb – YENİLƏNİB

Masazırda 1 ha sahədə təkər tullantıları, quru ot və qamışlıq yanıb.
“Report”un nazirliyin saytına istinadən xəbərinə görə, yanğın Mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
19:37
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub.
“Report”un nazirliyin saytına istinadən xəbərinə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.
İlkin məlumata əsasən, hadisə ünvanında quru ot, kol-kos və təkər tullantıları yanır.
Əlavə məlumat veriləcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button