İdman

“Matçın əvvəlində buraxdığımız qol planlarımızı pozdu”

“Səfərdə 3 oyun keçirdik, ikisində uduzduq”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Moldova ilə keçirilən yoldaşlıq görüşündən sonra deyib.
Təlim-məşq toplanışı çərçivəsində üçüncü – sonuncu sınaq matçına Kişinyovda çıxan komandamız meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.
Oyunsonrası mətbuat konfransında italiyalı mütəxəssisin məğlubiyyət şərhi belə olub: “Matçın əvvəlində buraxdığımız qol planlarımızı pozdu. Standart vəziyyətdən qol buraxdıq. Sona qədər mübarizə apardıq. Mövsüm yeni bitdiyi üçün futbolçularım yorğun idi. Standart vəziyyətdən rəqibin təhlükəli olduğunu bilirdik. Uzun boylu oyunçuları var”.
– Moldova ilə oyun əvvəlki matçdan nə ilə fərqləndi?- Belarusla qarşılaşmada 6 əvəzləmə oldu. Sonradan meydana daxil olanlar bizə kömək elədilər. Bu gün bu alınmadı. Oyunda 64 faiz topa sahib idik. Amma keyfiyyət çatmadı. Ötürmələrdə çox səhvə yol verdik. Bəzi anlardan daha yaxşı istifadə etməliyik. Moldova necə ki, bunu etdi. Hətta bəzən vaxt aparmaq mənasında da.
– Bədavi Hüseynovun durumu necədir?- Dizində zədə var. Amma hələ dəqiq bilinmir. Bir qədər gözləməliyik.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button