İqtisadiyyat

Mayın 31-də 6 mindən çox sərnişinin Bakıdan regionlara səfəri gözlənilir

Mayın 31-i tarixində 6 mindən çox sərnişinin Bakıdan regionlara səfəri gözlənilir.
“APA-Economics”in məlumatına görə, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
Məlumata görə, səfərlər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən və “Cənub” avtostansiyasından həyata keçiriləcək.
Onun sözlərinə görə, həmin gün regionlararası 450 min sərnişinin daşınması gözlənilir ki, bu da pandemiyadan əvvəlki sərnişindaşıma ilə bağlı rəqəmlərin 75%-ni təşkil edir.
DANX rəsmisi vurğulayıb ki, yay ərzində bu göstəricinin iki dəfə artacağı gözlənilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button