Siyasət

Mayın 9-da Xankəndi və Xocalıda nəzərdə tutulan qələbə paradı təcavüz aktıdır – Qulamhüseyn Əlibəyli

“Hər hansı bir ölkənin silahlı qüvvələri həmin ölkənin istənilən ərazisində qələbə paradı keçirə bilərlər və buna görə onlara heç bir irad tutmaq olmaz. Lakin bir ölkənin silahlı qüvvələrinin rəsmən müvəqqəti yerləşdiyi başqa ölkənin ərazisində hərbi parad keçirmələri yerləşən ölkənin rəsmi razılığı olmadan mümkün deyil. Bu fikirləri rus “sülhməramlı” qüvvələrinin mayın 9-da Xankəndi və Xocalıda qələbə paradı keçirmək istəməsini şərh edərkən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib.

Partiya sədri qeyd edib ki, bu gün Rusiya hərbi kontingentinin “sülhməramlı” adı ilə yerləşdiyi Xankəndi, Xocalı və digər ərazilər Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazıləridir və həmin ərazilərdə Azərbaycan dövlətinin razılığı olmadan rus ordusunun hərbi parad keçirmək niyyəti təcavüz aktı kimi qiymətləndirilməlidir. Bu, “sülhməramlı” hərbu kontingentin mandatından kənara çıxan növbəti özbaşınalığı yox, Rusiya dövlətinin Azərbaycanın süverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlik siyasətinin tərkib hissəsidir.

Azərbaycan hakimiyyəti buna münasibətdə rəsmən sərt mövqe ortalığa qoymalı, Rusiya hökumətinə rəsmi xəbərdarlıq edilməli, “sülhməramlı” hərbu kontingentin Azərbaycan ərazisindən çıxarılması tələb edilməlidir. Azərbaycan dövlətinin rəsmi mövqeyinin olmaması Rusiyanın işğalçı siyasətinin dəstəklənməsi deməkdir –  Əlibəyli vuğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button