Siyasət

“MDB məkanı mənim olsun, Çin sənin…” – Zərdüşt Əlizadə Putin-Bayden görüşünü şərh edir

“Bu görüş planetimizdəki mövcud gərginliyi azalda bilər”.

Bu sözləri ABŞ Prezidenti Co Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında iyunun 16-da İsveçrənin Çenevrə şəhərində keçiriləcək görüşün nələri dəyişə biləcəyinə aydınlıq gətirərkən politoloq Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, görüşün nəticəsi olaraq tərəflər arasında hər hansı bir razılaşmanın imzalanması gözlənilmir. Bununla belə, tərəflər bir-birini dinləyəcək:

“Bütün dünya gözləyir ki, Baydenlə Putin bu görüşdə çox ciddi məsələləri müzakirə edəcəklər. Heç olmasa müəyyən anlaşmaya gələ bilərlər. Ola bilsin, hansısa razılaşma imzalanmasın.  Amma tərəflər bir-birinin mövqeyini, baxışlarını dinləyəcək. Nəticədə bu görüşdən sonra dünyada mövcud olan gərginlik azala bilər. Bu versiyanın baş tutacağı ehtimalı böyükdür. Hər halda istənilən üzbəüz görüşlər tərəflərin bir-birini daha yaxşı anlamalarına kömək edir. Bu siyasətin əlifbasıdır”.

Həmsöhbətimizin ehtimal edir ki,  postsovet məkanı və Çinlə bağlı məsələlərdə qarşılıqlı güzəştlər mümkündür:  “Rusiya istəyir kİ, Qərb  Moskvanın postsovet məkanında nüfuz sahibi olması ilə barışsın və bu regionda hegemonluq iddiasından əl çəksin.  Qərb isə Moskvanın  bu istəyinə razı deyil. Qərb əvəzində Rusiyadan Çinə verdiyi dəstəyi azaltmağı istəyir. Lakin bu da Moskvanı qane etmir. Çünki Moskva Çinlə yaxınlaşmasa Qərb arabasının 5-ci təkərinə çevriləcək. Bunlar bir-birilə çətin uzlaşan istəklərdir. Amma görüşdə çalışacaqlar ki, hansısa ortaq bir məxrəc tapsınlar.  Siyasi tənliklər nə qədər mürəkkəb olsa da, tərəflər hər zaman çalışıb ki, bu tənlikləri həll etsinlər”.

Rüfət SULTAN

sfera.az



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button