Cəmiyyət

MEDİA Agentliyi jurnalistlərə vəsiqə verəcək – EKSKLÜZİV AÇIQLAMA

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanına uyğun olaraq hazırlanan “Media haqqında” yeni qanun layihəsində jurnalistlərə jurnalist vəsiqəsinin verilməsi müddəası nəzərdə tutulub”.
Bunu “Report”a açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
Onun sözlərinə görə, bu müddəalar könüllü xarakter daşıyır:
“Jurnalistlər tərəfindən vəsiqənin alınması könüllü olacaq. Həmçinin həmin vəsiqənin alınması üçün tələblər müəyyən olunacaq. Həmin tələblərə cavab verən jurnalistlərə isə MEDİA tərəfindən vəsiqələr veriləcək”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button