Dünya

Meksikada avtobus qəzası nəticəsində azı 12 sərnişin həlak olub

Meksikanın şimal-şərqində Tamaulipas ştatının Reynosı şəhəri yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azı 12 nəfər həlak olub, daha 20 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə ADN40 bildirib.
Qeyd edilir ki, sərnişin avtobusu Nuevo-Leon ştatının paytaxtı Monterrey şəhəri istiqamətində hərəkət edirmiş. İlkin məlumata görə, qəzaya sürücünün sükan arxasında mürgüləməsi səbəb olub.
Zərərçəkənlər Reynosı xəstəxanalarına çatdırılıb, onların vəziyyəti haqqında məlumat verilmir.
Region prokurorluğu qəzanın başvermə şəraitinin araşdırılmasına başlayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button