Dünya

Meksikada güclü yağış yağıb, 5 nəfər ölüb

Meksikanın cənubundakı Çiapas əyalətində yağan leysan yağışları nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər ölüb.
“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, əyalətin mərkəzi Tuxtla Quterrez şəhəri kənarında güclü yağışlar zamanı bəzi evlərin çökməsi nəticəsində torpaq sürüşməsi əmələ gəlib.
Həmin evlərdən 3 uşaq və bir qadın meyiti aşkarlanıb. Akva Azul şəlaləsi və ya ətrafındakı su hovuzlardan birində boğulduğu ehtimal edilən 23 yaşlı portuqaliyalı qadının meyiti isə həmin yerdən bir neçə kilometr aralıda aşkar olunub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button