Dünya

Meksikada şaxtaçılar mədəndə uçqun zamanı dağıntılar altında qalıb

Meksikanın şimalında Koauila ştatının Muskis rayonunda mədəndə qəza olub.
“Report” xəbər verir ki, bu barədə Fövqəladə Vəziyyətlər üzrə Regional İdarənin başçısı Fransisko Avalosa istinadən “Milenio” qəzeti bildirib.
İlkin məlumata əsasən, hadisə nəticəsində azı yeddi fəhlə dağıntılar altında qalıb.
Hakimiyyət orqanları hadisə yerində axtarış-xilasetmə işlərinə başlayıb. Hadisəyə şaxtanı su basması səbəb olub.
Koauiledə 19 fevral 2006-cı ildə “Pasta-de-Konços” kömür şaxtasında da partlayış olub. Nəticədə mədənin 65 işçisi ilə əlaqə kəsilib. Xilasedici əməliyyatlər nəticə verməyib. Buna görə də fevralın sonunda şirkət rəhbərliyi elan edib ki, mədəndəki insanların sağ qalmaq şansı yoxdur. Bundan az sonra həmin müəssisədə kömür hasilatını dayandırmaq barədə qərar qəbul edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button