İqtisadiyyat

Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,82 milyon manat ayrıldı

Prezident İlham Əliyev iyunun 6-da “Bir sıra şəhər və rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

6 şəhər və rayonun əhalisi 60698 nəfər olan 23 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 26 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,82 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Sərəncama əsasən, Gəncə şəhərinin Şıxzamanlı qəsəbəsində (1 ədəd), Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində (1 ədəd), Yevlax şəhərinin Hacımahmudlu, Qaramanlı və Nurallar kəndlərində (hərəsində 1 ədəd), Goranboy rayonunun Əlirzalı, Hazırəhmədli, Xınalı, Qaradağlı, Qaramusalı, Muzdurlar, Səfikürd kəndlərində (hərəsində 1 ədəd) və Qızılhacılı qəsəbəsində (3 ədəd), Göygöl rayonunun Balçılı, Nadil, Səmədli (hərəsində 1 ədəd) və Quşqara kəndlərində (2 ədəd), Samux rayonunun Aşağı Ağasıbəyli, Çobanabdallı, Hacıalılı, Qovlarsarı kəndləri, Qarayeri qəsəbəsi və Samux şəhərində (hərəsində 1 ədəd) quyular qazılacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button