Siyasət

Merkel Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

“Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət olmadıqda, Dağlıq Qarabağla bağlı olduğu kimi, beynəlxalq hüquq normaları tətbiq edilməlidir”.

Bunu Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasına onlayn qatılan Almaniya Kansleri Angela Merkel deyib.

“Birlikdə qəbul edilən qanunlara riayət etmək vacibdir. Dünyaya təhlükə yaranarsa, bu qanunlar tətbiq olunmalıdır. Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət olmadıqda, bu qanunlar tətbiq edilməlidir. Dağlıq Qarabağı nümunə göstərmək olar. Bu zaman Avropa Şurası mühüm rol oynamalıdır. Avropa Şurasının bütün institutları bu işdə bir-biri ilə əməkdaşlıq etməlidirlər”, – Kansler bildirib.

Almaniya Kansleri Angela Merkel onu da qeyd edib ki, Dağlıq Qarabağda, Belarusda, Ukraynanın şərqində, Krımda və digər bölgələrdəki vəziyyət narahatlıq doğurur: ““Avropanın xarici sərhədlərinə baxsaq, bu gün sülh və təhlükəsizliyin, sabitliyin və rifahın heç də normal olmadığı aydın görünər. Belarusda, Ukraynanın şərqində və Krımda, Dnestryanıda, Cənubi Osetiyada, Abxaziyada, Dağlıq Qarabağda və əlbəttə ki, Suriya və Liviyadakı vəziyyət həyəcan doğuracaq həddədir”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button