Cəmiyyət

Meşələrin elektron atlası yaradılacaq |

Ümumdünya Resurs İnstitutunun dəstəyi ilə meşələrin elektron atlası yaradılacaq.
“Report” xəbər verir ki, bunu İctimai Ekoloji Şuranın sədri Mələk Şükürova “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda deyib.
M.Şükürova qeyd edib ki, atlas Ümumdünya Resurs İnstitutunun dəstəyi ilə yaradılacaq: “Bu, Avropa və BMT-nin ətraf mühit proqramı tərəfindən həyata keçirilir. Atlasın hazırlanmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi də öz dəstəyini göstərir. Meşələrlə bağlı müasir xəritələr yoxdur. Yeni elektron atlasın hazırlanması ilə hesab edirəm ki, bu sahədə olan problemlərin həll olunmasına töhfəsini vermiş olacaq”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button