İdman

Messi “Barselona” ilə danışıqlara başlayıb

“Barselona”nın kapitanı Lionel Messi yeni müqavilə ilə bağlı danışıqlara start verib.
Apasport.az saytının məlumatına görə, argentinalı superulduzun menecerliyini edən atası Xorxe Messi rəhbərliklə danışıqlara başlayıb.
Ata Messi klub prezidenti Joan Laporta ilə bir neçə dəfə bir araya gələrək məsələni müzakirə ediblər. Lakin danışıqlar hələlik şifahi şəkildə cərəyan edir. Tərəflərin şərtləri və müqavilə müddəti ilə bağlı hələlik məlumat verilməyib.
Qeyd edək ki, Lionel Messinin “Barselona” ilə  müqavilə müddəti iyulun 1-nə qədərdir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button