Gündəm

Metro hər gün işləyəcək

Bakı metropoliteni iyun ayında həftə sonları daxil olmaqla hər gün işləyəcək. Bu haqda iyunun 11-də “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda deyilir.

“Avropa çempionatının əhəmiyyəti, paytaxta gələcək idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə metropoliten stansiyaları iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək”,- qurumun məlumatında qeyd olunur.

Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar metropoliten matçlar başa çatandan sonra gecə saat 2-yə qədər fəaliyyət göstərəcək.

Məlumatda o da deyilir ki, Avropa çempionatına akkreditə olunmuş şəxslər Bakı metropolitenindən gediş haqqı ödəmədən və müvafiq vəsiqəni göstərərək istifadə edə biləcəklər.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button