İqtisadiyyat

Metropolitendə tikintidə nəzərdə tutulmamış işlər üzrə ehtiyat vəsaitə 10 faizlik hədd qoyulub

Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta normativləri müəyyənləşib.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smetanormativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.
Qərara əsasən, tikintisi, yenidən qurulması və əsaslı təmiri Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitləri hesabına aparılan tikinti obyektləri üçün nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyat vəsait aşağıda qeyd olunan faiz dərəcələrindən artıq olmamaqla müəyyənləşdirilir:
– qeyri-istehsalat təyinatlı obyektlər üzrə 2 faiz;
– istehsalat təyinatlı obyektlər üzrə 3 faiz;
–  əsaslı tikintinin unikal obyektləri və həmçinin birinci sinfə aid edilən hidrotexniki qurğuları, kosmik infrastrukturu, metropoliten obyektləri üzrə 10 faiz.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button