İqtisadiyyat

Mikayıl Cabbarov Avropa Komissarı ilə işğaldan azad olunmuş ərazilərin bərpasında əməkdaşlığı müzakirə edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.
“APA-Economics” xəbər verir ki, bu barədə nazir “Twitter” hesabında yazıb.
O qeyd edib ki, görüşdə, energetika naziri Pərviz Şahbazovla birgə işğaldan azad olunmuş ərazilərin bərpasında əməkdaşlıq, kiçik və orta biznesin inkişafı, Aİ tərəfindən təklif edilən maliyyə alətləri və investisiyalar üçün prioritet sahələr barədə fikir mübadiləsi aparılıb.
“Azərbaycan Avropa İttifaqı ilə uğurlu iqtisadi ticarət tərəfdaşlığı həyata keçirir”, – nazir əlavə edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button