Cəmiyyət

Milli parklarda kampinqlər yaradılacaq | Report.az

“Bu gün üçün milli parklarda gecələmə yəqin ki, kampinq şəklində mövcuddur. Lakin insanlar bundan az istifadə edirlər. Hazırda müəyyən milli parklarda və bəzi təbiət zonalarında kampinqlərin təşkil edilməsi üzərində iş gedir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Turizm məhsulunun inkişafı sektorunun müdiri Şərifə Həsənova “Ekspert saatı”nda deyib.
O bildirib ki, buna yerli və xarici turistlər tərəfindən maraq var: “Tura daxil olan karidorlar çərçivəsində kampinq təşkil edilə bilər. Hazırda yerli turizm daha çox təbliğ olunur. Kampinq qurmaq üçün ərazidə lazımi şərait yaradılmalıdır”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova isə qeyd edib ki, milli parklarda kampinq yerlərinin seçilməsi istiqamətində Dövlət Turizm Agentliyi ilə müzakirələrə başlanılıb: “Bu gün cavan nəsil 5 ulduzlu hotellərdə dincəlmək əvəzinə kampinqlərə üstünlük verir”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button