İdman

Millimizin üzvü Niderland klubunda ilk qolunu vurdu

Azərbaycanın U-21 millisinin üzvü, “Sabah”ın icarə əsasında “Telstar”da çıxış edən futbolçusu Ozan Can Kökçü Niderland klubunda ilk qolunu vurub.

Qol.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi buna 2-ci Liqanın 34-cü turunda “Ekselsior”la matçda nail olub. Futbolçu görüşün 38-ci dəqiqəsində fərqlənib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Kökçünün klubu isə turnir cədvəlində 40 xalla 11-cidir.

Qeyd edək ki, “Sabah” Kökçünü “Telstar”a bu mövsümün sonunadək icarəyə verilib

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button