İqtisadiyyat

Mineralnıye Vodı-Bakı aviareysi üzrə uçuşlara başlanılıb

Rusiyanın “Ural Airlines” aviaşirkəti Mineralnıye Vodı-Bakı və əks istiqamətdə birbaşa uçuşlara başlayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportundan “APA-Economics”ə verilən məlumata görə, bu gün yerli vaxtla saat 7:15-də Mineralnıye Vodı-Bakı aviareysi üzrə ilk uçuş həyata keçirilib, hazırda isə təyyarə əks istiqamətdə aviareysi yerinə yetirməyə hazırlaşır.
“Uçuşlar həftədə bir dəfə – IV günlər “Airbus” təyyarələri ilə yerinə yetirilir”, – hava limanından bildirilib.
Qeyd edək ki, hazırda Bakıdan Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Krasnoyarsk, Omsk, Norilsk, Ufa və Həştərxan şəhərlərinə uçuşlar yerinə yetirilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button