Cəmiyyət

“Mingəçevir tekstil” cərimələnib |

“Mingəçevir tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) cərimə protokolu yazılıb.
“Report” xəbər verir ki, MMC-yə İnzibati Xətalar Məcəlləsinin 483-cu (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə) maddəsi ilə protokol tərtib olunub və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.
İş hakim Günay Cavadovanın icraatına verilib.
Bu xətaya görə, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Qeyd edək ki, Mingəçevir Tekstil Qafqaz regionunun ən böyük iplik istehsal edən müəsissəsidir. Burada istehsal olunan məhsullar daxili bazarın ehtiyacını ödəməklə yanaşı xarici ölkələrə də ixrac edilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button