Cəmiyyət

Mingəçevirdə keçmiş məhkumdan narkotik və silah götürülüb

Mingəçevirdə narkotik vasitə ilə saxlanılan keçmiş məhkumun avtomat və patronlar da gizlətdiyi məlum olub.
“Report”un məlumatına görə, Mingəçevir polisinin daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Hüseynov saxlanılıb.
Şəxsin üzərinə baxış zamanı marixuana və 2 ədəd avtomat patronu aşkar edilib. Davam etdirilən tədbirlərlə V.Hüseynovun şəhər ərazisində “AKM” markalı avtomat silahı, 28 ədəd avtomat patronu və 1 ədəd patron darağı da gizlətdiyi məlum olub.
Odlu silah və patronları polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button