Cəmiyyət

Mingəçevirdə yaşayış binasında yanğın olub

Mingəçevir şəhərində yaşayış binasında yanğın hadisəsi olub.
“Report”un məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsi 32 ünvanında qeydə alınıb.
Belə ki, beşmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən mənzildə yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları cəlb olunub və yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button