İqtisadiyyat

Misir koronavirus əleyhinə məhdudiyyətləri yumşaldıb

Misir Turizm Nazirliyi hotellərdə yerləşən teatrların, konsert salonlarının, əyləncə parklarının, kazinoların, gecə klublarının və diskotekaların yenidən açılmasına icazə verib.
“APA-Economics”in “Kommersant”a istinadən verdiyi məlumata görə, hazırda əyləncə müəssisələri salonun maksimum tutumunun 70%-i qədər işləyə bilər. Diskoteka və gecə klubları gecə saat 2-dək açıq olacaq. Eyni zamanda, Misir hpkuməti restoranlarda, kafelərdə və digər ictimai yerlərdə qəlyan vermək qadağasını qüvvədə saxlayıb.
Bundan əvvəl Misir Turizm Nazirliyi hotel və restoranlarda maksimum tutumu 50%-dən 70%-ə qaldırmışdı.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button