Dünya

Misirdə qatar avtobusla toqquşub, ölən və xəsarət alanlar var

Misirin paytaxtı yaxınlığında, Xeluan şəhərində, qatar ilə sərnişin avtobusu toqquşublar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “El Watan” informasiya portalı məlumat verib.
Qəza nəticəsində azı dörd nəfər ölüb, daha 26 nəfər yaralanıb.
Nəqliyyat naziri Kamel əl-Vəzir yerli tekstil fabrikinin işçiləri olan avtobusun yük daşımaları üçün nəzərdə tutulan dəmiryolları boyunca hərəkət etdiyini və kömür daşıyan qatarla toqquşduğunu bildirib. Hadisə ilə bağlı xüsusi komissiya istintaq aparır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button