İqtisadiyyat

MM-də 2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.
APA xəbər verir ki, müzakirə zamanı deputatlar təkliflərini səsləndiriblər.
***
11.56
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, iclasa maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmilər qatılıb.
Layihəni MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button