Dünya

Moldova prezidenti Gürcüstana səfər edib

Moldova prezidenti Maya Sandunun Gürcüstana səfəri başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, onun təyyarəsi Batumi beynəxlalq aeroportunda enib.
Gürcüstan prezidenti Salome Zurabişvilinin dəvəti ilə baş tutan səfər çərçivəsində M.Sandu “Avropa İttifaqının cəlbetmə qüvvəsi və regionun transformasiyası” adlı XVII Batumi beynəlxalq konfransında çıxış edəcək.
O, həmçinin Gürcüstan və Ukraynanın dövlət başçıları ilə birgə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşdə də iştirak edəcək.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button