İqtisadiyyat

“Morgan Stanley” peyvənd olunmamış işçi və müştərilərini banka buraxmayacaq

ABŞ-ın “Morgan Stanley” bankı Nyu-Yorkdakı işçilərinə COVID-19-a qarşı tam vaksinasiyadan keçmədikləri təqdirdə ofislərə qayıda bilməyəcəkləri barədə xəbərdarlıq edib. Peyvənd olunmamış və ya vaksinasiyadan yarımçıq keçən bank işçiləri məsafədən işləmək məcburiyyətində qalacaq.
“APA-Economics” xəbər verir ki, bu barədə “Financial Times” sözügedən bank işçilərinə göndərilən şirkət daxili məktuba istinadən yazır.
“İyulun 12-dən başlayaraq, bütün işçilərdən, müştərilərdən və banka gələn hər bir kəsdən “Morgan Stanley”nin Nyu-York və Vestçesterdəki binalarına daxil olarkən tam vaksinasiya olunmalarını təsdiq edən sənəd təqdim etməli olacaqlar”, – məktubda deyilir.
Eyni zamanda, bank işçilərinin əksəriyyəti artıq tam peyvənd olunduğu bildirilir
Qeyd edək ki, ABŞ-ın iri bankları arasında vaksinasiya ilə bağlı ən sərt siyasət məhz “Morgan Stanley” bankındadır. Məsələn, “Goldman Sachs”da işçilərdən peyvənd olunub-olunmamasının bildirilməsi tələb olunur, lakin peyvənd olunmayan işçilər tibbi maska geyinmək və sosial məsafə saxlamaq şərti ilə ofislərə buraxılır. “JP Morgan Chase”də isə işçilərdən peyvənd haqqında məlumatın verilməsi tələb olunmur, bu, hələlik könüllüdür.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button