Dünya

Moskvada COVID-19-a yoluxanların 89,3%-də Hindistan ştammı aşkar edilib

Moskvada koronavirusa yoluxanların təxminən 90%-də Hindistan ştammı aşkar edilib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin müsahibə zamanı məlumat verib.
Onun sözlərinə görə, yeni ştamm daha sürətlə yayılır.
“Ən pisi də odur ki, bu ştamma müqavimət göstərmək üçün insanın immun sistemi və bədənindəki anticisimlərin sayı Uhan virusuna nisbətən 2 dəfə artıq olmalıdır”, – deyə o əlavə edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button