Dünya

Moskvada miqrantlar arasında kütləvi dava baş verib

Rusiyanın paytaxtı Moskva şəhərində, “Kuzminki” metrostansiyası yaxınlığında miqrantlar arasında kütləvi dava baş verib.
“Report”un məlumatına görə, davada 150-yə yaxın adam iştirak edib.
Dava iştirakçıları Qırğızıstan və Tacikistandan gəlmiş miqrantlar olub. Tərəflər bir-birinə soyuq silahlarla hücum ediblər.
Hadisə nəticəsində xəsarət alan bir neçə nəfər təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Moskva polisi dava ilə bağlı 15 nəfəri saxlayıb. Münaqişənin hansı səbəbdən baş verməsi məlum deyil.
Hazırda insidentlə bağlı araşdırma başlayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button