İdman

Moskvada Respublika Gününə həsr olunan mini-futbol turniri keçirilib

Moskvada 28 May – Respublika Gününə həsr olunan mini-futbol turniri keçirilib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) IV Universiadası çərçivəsində keçirilən turnir Mərkəzi Ordu İdman Klubunun uşaq-gənclik idman məktəbinin futbol bazasında baş tutub.
AMOR-un məsul katibi Ceyhun Hüseynov turnir öncəsi keçirilən mərasimdə çıxış edərək Universiada çərçivəsində keçirilən mini-futbol yarışmasının yaranmasından və əhəmiyyətindən danışıb.
AMOR-un təşkilatçılığı ilə keçirilən mini-futbol turnirinin qalibi Moskva Dövlət Humanitar İqtisad Universitetinin komandası olub. İkinci yeri N. İ. Piroqov adına Tibb Universitetinin, üçüncü yeri isə Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) komandası tutub.
Turnirin qaliblərinə AMOR tərəfindən mükafatlar təqdim olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button