Gündəm

Moskvadan Bakıya uçan təyyarə Minvodda təcili eniş etdi

Moskvadan Bakıya uçan “Aeroflot” aviaşirkətinin təyyarəsi sərnişinlərdən birinin sağlamlıq vəziyyətinin pisləşməsi səbəbindən Mineralnıye Vodı (Minvod)  hava limanında təcili eniş edib.

Bu barədə TASS-a Minvod hava limanında məlumat verilib.

“Aeroflot” aviaşirkətinin təyyarəsi xəstə sərnişinə görə Minvodda təcili eniş edib. Təyyarə  Moskva vaxtilə saat 14:27-də  Bakıya uçub”, – deyə agentliyin həmsöhbəti bildirib.

Hava limanındakı mənbə bildirib ki, həmin sərnişin Minvodda qalıb. Həkimlər onda apendisit olduğundan şübhələniblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button