İqtisadiyyat

Mövcud gömrük nəzarət mexanizmi malların hərəkətində ciddi əngəllər törədir

Azərbaycanda mövcud gömrük nəzarət mexanizmi malların sərhədboyu sərbəst hərəkəti üçün ciddi əngəllər törədir.
“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) Azərbaycan üzrə təqdim etdiyi növbəti “Ağ Sənəd”ə deyilir.
Sənəddə qeyd olunur ki, çox ağır qanunvericilik tələblərinin mövcudluğu, yekunda izafi sayda sənəd təqdimetmə tələbləri, nəzarət tədbirlərini həyata keçirməli olan gömrük inspektorlarının çatışmazlığı gömrük post və dayanacaq parklarında kütləvi sayda vasitələrinin qaydasız formada toplanmasına səbəb olur.
“Yeni Gömrük Məcəlləsi xüsusilə biznes prioritetlərinin gömrük nəzarət mexanizmləri üzərində üstün hüquqlarını, gömrük qurumunun nəzarət tədbirləri səbəbi ilə biznes əməliyyatlara dəymiş zərərə görə məsuliyyətin olmasını, eləcə də gömrük nəzarət tədbirlərinin vaxtının biznes ehtiyaclara əsasən uyğunlaşdırılmalıdır”, – sənəddə deyilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button