Dünya

Mozambikdə 31 nəfər yol qəzasında ölüb

Mozambikdə sərnişin avtobusu ilə iki yük avtomobili toqquşub.
Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
Qeyd olunub ki, qəza nəticəsində ümumilikdə 55 nəfər xəsarət alıb. Onlardan 31-i hadisə yerində keçinib.
Xəstəxanaya yerləşdirilən üç nəfərin vəziyyəti ağırdır, digərlərinə isə ilkin tibbi yardım göstərilib. Qəzanın səbəbi araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button