Dünya

MSK: Seçkilərdə Paşinyanın partiyası liderdir

Ermənistanda bu gün keçirilən növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” Partiyası qalib olub.
“Report” xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Rəsmi məlumata görə, Paşinyanın rəhbəri olduğu siyasi təşkilat seçicilərin 58,04 %-nin səsini toplayıb. Siyahıda ikinci yerdə sabiq prezident Robert Koçaryanın “Ermənistan” bloku qərarlaşıb. Onun partiyası seçicilərin 22,01 %-nin səsini qazanıb.
Qeyd edək ki, bunlar ilkin nəticələrdir. Hələlik 2 008 seçki məntəqəsinin 80-də bülletenlər hesablanıb.
Xatırladaq ki, seçkilərdə bir sıra qanun pozuntuları, hətta silahlı insident qeydə alınıb. Ermənistanın Baş Prokurorluğu quruma seçki pozuntuları ilə bağlı 319 məlumatın daxil olduğunu açıqlayıb. Öz növbəsində İstintaq Komitəsi də xeyli sayda qanun pozuntusunun aşkarlandığını bildirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button