Mədəniyyət

“Müasir Kolumbiyanın memarlığı” adlı virtual müzakirə keçiriləcək

Kolumbiyanın Azərbaycandakı Səfirliyi Kolumbiyanın Qana, Əlcəzair, Mərakeş, Misir, Cənubi Afrika, Keniya, Livan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və İspaniyadakı səfirlikləri ilə birgə “Müasir Kolumbiyanın memarlığı: şəhər, ekoloji və sosial problemlər” adlı virtual müzakirə keçirəcək.

İstiqlal.az xəbər verir ki, bu virtual söhbət Kolumbiya şəhər və ərazilərin son illərdəki perspektivini, və sosial, ekoloji, şəhərsalma və memarlıq arasında olan balansı Kolumbiya şəhərlərinin inkişafı ilə necə birləşdirdiyini göstərməyə çalışır. Müzakirədə, Lucrecia Piedrahíta və Édgar Mazo sənət və memarlıq arasında əlaqə haqqında mühazirəçi qismində iştirak edəcək. Bu sahədə təcrübəsi olan hər iki sərgi iştirakçısı landşaft inkişafı və dayanıqlı konstruksiyalardakı perspektivləri təqdim olunacaq.

Mövzular arasında “Şəhər Idarəçiliyi Və Davamlı Tikinti” daxildir ki, burada şəhər kontekstində inkişaf mühitinə davamlı olaraq qərar qəbul etmək və fəaliyyət göstərmək üçün yenilikçi bir vizyonun istifadə edilməsinin əhəmiyyəti, eləcə də, mədəni irsin İqlim Dəyişikliyi ilə bağlı problemlərdən qorunması müzakirə ediləcək. Müzakirənin ikinci hissəsində “Kolumbiyanın kənd mənzərəsi üçün memarlığa bir baxış” təqdim olunacaqdır, harda Kolumbiyanın kənd yerlərində arxitekturanın Latın Amerikasının ən urbanizasiya olunmuş region olması faktı ilə təzadı haqqında bəhs ediləcək. Bununla söhbət təbii ehtiyatların hasilatı üzrə səmərəsiz antropogen hərəkətlərin və ya “müasir” memarlığın yersiz müdaxiləsinə qarşı memarlıqda landşaftın əhəmiyyəti ətrafında cərəyan edəcək.

Virtual müzakirə  27 aprel, saat 18: 00-da keçiriləcək.

Tədbirin linki aşağıda göstərilib.(https://evius.co/landing/605e574a0e89e7331f0f1a06).

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button