Dünya

Mumbayda binalar çöküb, ölənlər var

Mumbayda aramsız olaraq yağan musson yağışlarının yaratdığı torpaq sürüşməsi və daşqınlar bir neçə binanın çökməsi ilə nəticələnib.
Bu barədə “Report” “NDTV” kanalına istinadən xəbər verir.
Qeyd olunub ki, fəlakət zamanı azı 15 nəfər ölüb, daha bir neçə nəfər dağıntılar altında qalıb.
Bharat Naqar və Çembur bölgələrində 15 nəfər, Surya Naqar bölgəsində isə 9 nəfər dağıntılar altından xilas edilib. Qəza yerində xilasetmə əməliyyatı davam edir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button