İqtisadiyyat

MUSİAD Azərbaycana 500-dən çox investor cəlb edəcək

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MUSİAD) Beynəlxalq Biznes Forumunu (Uluslararası İş Forumu İBF) Azərbaycanda keçirəcək.

Bu barədə Trend-ə qurumdan daxil olan məlumatda bildirilir.

Məlumata əsasən, Beynəlxalq Biznes Forumununun Azərbaycanda keçirilməsi haqqında razılıq, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və MUSİAD prezidenti Abdurrahman Kaan arasında Bakıda baş tutan görüşdə əldə edilib.

Məlumatda qeyd olunur ki, Beynəlxalq Biznes Forumu çərçivəsində MUSİAD-ın təmsil olunduğu ölkələrdən ümumilikdə beş yüzdən çox investorun Azərbaycana gəlməsi nəzərdə tutulur.

“Forumun bu ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulur” – deyə, qurumdan bildiriblər.

Məlumat üçün bildirək ki, İBF 1995 ci ildə MÜSİAD tərəfindən təsis olunub və foruma 25 ölkədə 42 assosiasiya üvz olub.

Qeyd edək ki, bundan əvvəl MÜSİAD Bakı ofisinin rəhbəri Əbdürrəhman Uzun Azərbaycana xarici investisiyaların cəlb olunmasının qurumun əsas prioritetlərindən biri olduğunu bildirmişdi.

O qeyd edib ki, Azərbaycanda olan münbit biznes şəraiti hər zaman türkiyəli investorların maraq dairəsində olub.

“Türkiyəli sərmayəçilərin Azərbaycanda avantajları olduqca çoxdur və bunlardan başlıcası iki ölkə arasında olan münasibətdir” – deyə, A.Uzun qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button