İqtisadiyyat

Musiqi sənayesinin gəlirləri növbəti 5 ildə ortalama 12,8% artacaq

Qlobal musiqi sənayesi canlı musiqi seqmentinin gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasından (2020-ci ildə 74,4% azalıb) sonra inkişaf etməyə hazırdır.
“APA-Economics”in məlumatına görə, bu barədə “PricewaterhouseCoopers” (“PwC”) şirkətinin illik icmalında deyilir.
“Ümumilikdə, musiqi sənayesinin ümumi gəlirləri növbəti 5 ildə orta hesabla 12,8% artacaq. Bu, 2025-ci ilə qədər 29,3 mlrd. dollara yüksəlməsi gözlənilən rəqəmsal yayın axınının artımı hesabına baş verəcək”, – icmalda deyilir.
Xatırladaq ki, “PwC”nin icmalına görə, qlobal əyləncə və media sənayesinin gəlirləri keçən il 3,8% azalaraq 2019-cu ildəki 2,1 trln. ABŞ dollarından 2 trln. dollara düşüb. Bu, “PwC”nin 22 illik araşdırmalarındakı ən böyük azalmadır. “PwC” qlobal əyləncə və media bazarının rəqəmsal məzmuna və reklama olan tələbat sayəsində 2021-ci ildə 6,5%, gələn il isə 6,7% böyüyəcəyini gözləyir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button