Dünya

Myanmada ölənlərin sayı 818 nəfərə çatıb

Siyasi Məhbuslara Yardım Dərnəyinin (AAPP) hesabatına görə, Myanmada çevriliş əleyhinə nümayişlərdə bu günə kimi 818 nəfər həlak olub.

İstiqlal.az xarici KİV-ə istinadla xəbər verir ki, bundan əlavə, hazırda 4296 nəfər həbsdədir, bunlardan 95 nəfərə hökm və 1822 nəfərə həbs qərarı verilib. Həmçinin, Myanmanın hərbi xuntasına qarşı çıxan döyüşçülərlə ölkənin şərqindəki ölkə qoşunları arasında baş verən qarşıdurmada 13-dən çox təhlükəsizlik qüvvələrinin əməkdaşları öldürülüb.

Bu arada, ölkənin seçki komissiyası, tənqidlərə səbəb olan keçmiş Dövlət müşaviri Aun San Su Çjinin rəhbəri olduğu Milli Demokratiya Uğrunda Liqanın (NLD) keçən ilki seçki zamanı saxtakarlıq iddialarına görə qeydiyyatını ləğv etməyi düşünür .

Myanma ordusunu, noyabr seçkilərində qalib gələn Milli Demokratiya Uğrunda Liqanın (NLD) qeydiyyatının ləğv edilməsi ilə bağlı qərarını şərh edən Avropa Birliyi, bunu xalqın iradəsinə “açıq saymamazlıq”  adlandırıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button