İqtisadiyyat

“Nəqliyyat infrastrukturu sahəsində təcrübələrlə Qarabağın yenidən qurulmasına nail olacağıq”

“Hazırda Füzuli-Şuşa avtomobil yolunun tikintisi aparılan yerdəyik”.
APA-nın Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu rayonun Böyük Tağlar kəndində jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.
Nazir bildirib ki, dünəndən Azərbaycandakı görüşləri davam edir: “Dünən Prezident İlham Əliyev bizi qəbul etmişdi. Bu gün də işğaldan azad olunan Qarabağda Rəşad Nəbiyevlə birlikdə lazımi araşdırmaları aparırıq. Bölgədə çox vacib işlər gedir. Azərbaycanın zəfərinə öz zəfərimiz kimi sevinirik. Türkiyə olaraq bundan əvvəl olduğu kimi, bundan sonra da “İki dövlət, bir millət” devizi altında Türkiyədə nəqliyyat infrastrukturu sahəsində qazandığımız təcrübələrlə Qarabağın bərpası, yenidən qurulmasına nail olacağıq. Qısa vaxtda buranı bərpa edəcəyik və azərbaycanlılara təqdim edəcəyik. Təbii ki, nəqliyyat infrastrukturu, nəqliyyat dəhlizləri nə qədər qısa, rahat olarsa, bölgənin iqtisadiyyatı da o qədər yaxşı inkişaf edir. Bu sahədə təcrübəli türk işçiləri də burada fəaliyyətə başlayıb. Buradakı dəmiryolu və quru yolları Türkiyə üçün də çox böyük əhəmiyyətə malikdir. Bildiyiniz kimi, Bakı-Tblisi-Qars dəmiryolu xəttini ötən illərdə açmışdıq. Pekindən Londona qədər çox vacib koridoru aktiv hala gətirdik. Tikiləcək nəqliyyat infrastrukturu ilə burada alternativ dəhliz ortaya çıxmış olacaq, Azərbaycanın Türkiyə ilə əlaqələrini daha da inkişaf etməsinə gətirib çıxaracaq. Burada işlərin ən qısa vaxtda bitməsinə ümid edirik. Bu işlərə öz töhfələrimizi verəcəyik. İki qardaş ölkə bu sahədə də böyük layihələrə imza atacaq”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button