Dünya

N.Modi: “İnsanları düşüncələrimizin və fəaliyyətimizin mərkəzində saxlamalıyıq”

Yalnız simptomları deyil, eyni zamanda əsas səbəbləri aradan qaldırmaq üçün qlobal sistemlər vəziyyətə uyğun dəyişdirilməlidir”.

İstiqlal.az xəbər verir ki, bunu virtual formatda təşkil olunan “Raisina” dialoqunun açılış mərasimində Hindistanın Baş nazir Şri Narendra Modi deyib. Xarici İşlər Nazirliyi və Müşahidəçi Araşdırmalar Fondu tərəfindən ortaq şəkildə təşkil edilən mühüm əhəmiyyət kəsb edən “Raisina” Dialoqunda Baş nazir bu dialoqun cari buraxılışının bir ildən çox davam etməkdə olan, dünyanı məhv edən COVID-19 pandemiyası fonunda bəşər tarixinin mühüm dəyişiklərin olduğu bir anda baş verdiyini bildirib. O, qlobal ictimaiyyəti indiki vəziyyətlə əlaqəli bəzi məsələləri araşdırmağa çağırıb: “İnsanları düşüncələrimizin və fəaliyyətimizin mərkəzində saxlamalıyıq və bu günün problemləri və sabahın çətinlikləri ilə mübarizə apara biləcək sistemlərin yaradılması vacibdir”. Baş nazir Hindistanın həm ölkə daxilində, həm də digər ölkələrə yardım şəklində pandemiyaya qarşı mübarizə səylərinə dair ətraflı məlumat verərək, pandemiyanın yaratdığı müxtəlif problemlərin öhdəsindən gəlmək üçün birgə səy göstərməyə çağırıb. Həmçinin, Hindistanın qlobal rifah üçün güclərini bölüşəcəyini bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button