Cəmiyyət

Nabranda yanğının söndürülməsinə helikopter cəlb olunub – YENİLƏNİB

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, yanğının söndürülməsini sürətləndirmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
16:04
Xaçmaz rayonunda yanğın hadisəsi baş verib.”Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nabran kəndindəki biçilməmiş əkin və meşə sahələrində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz rayon hissəsinin 5 texnikası və canlı qüvvəsi cəlb olunub. Daha sonra 30 hektar əkin sahəsindəki yanğın söndürülüb.
Meşəlik ərazidə yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button