Cəmiyyət

Nadir və nəsli kəsilməkdə olan bitkilərin monitorinqi aparılıb

Qırmızı kitabın 3-cü nəşrinə dair məlumatların toplanması çərçivəsində AMEA Botanika İnstitutu tərəfindən çoxsaylı ekspedisiyalar həyata keçirilib.
İnstitutdan “Report”a verilən məlumata görə, bu məqsədlə Ekosistemlərin fitososiologiyası laboratoriyasının əməkdaşlarının iştirakı ilə Lənkaran və Lerik rayonlarında çöl-tədqiqat işləri aparlıb.
Tədqiqatların məqsədi Lənkaran və Lerik rayonlarında nadir və itmə təhlükəsində olan növlərin monitorinqinin aparılması olub. Aparılan işlər zamanı bu növlərin yayılması, fenologiyası, fitosenotik xüsuyyətləri və senopopulyasiyalarının muasir vəziyyəti tədqiq olunub. Nəticədə 15 nadir növün (Orchis fraqrans, Crocus caspicus, Scutelleria grossheymii, İris grossheymii, İris lycotis və s.) yayıldığı yerlər dəqiqləşdirilib, GPS koordinatları qeydə alınıb, sınaq meydançalarında müxtəlif yaşlarda olan fərdlərin sayı hesablanıb və onlara təsir edən faktorlar müəyyən edilib. Tədqiqatlar göstərib ki, bu rayonlarda rast gəlinən nadir növlər antropogen təsirlərə (infrastrukturun genişlənməsi, malqaranın otarılması) məruz qalır. Endem, eləcə də dərman və dekorativ xüsusiyyətlərinə görə tədqiq olunan növlərin Azərbaycanın Qırmızı kitabının 3-cü nəşrinə salınması tövsiyə olunur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button