İqtisadiyyat

“Nar” Hadrut və Cəbrayılda baza stansiyalarını işə salıb

Bütün Azərbaycan ərazisində şəbəkəsinin əhatə dairəsini daim genişləndirən “Nar” şirkəti işğaldan azad edilmiş bölgələri də öz şəbəkəsi ilə təmin etməkdədir.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Cəbrayıl rayonunda 2G, 3G və 4G texnologiyalı baza stansiyaları işə salınıb. 
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin müasir və daimi şəbəkə infrastrukturu ilə təmin edilməsi istiqamətində “Qarabağ planı” çərçivəsində “Nar” Şuşa şəhərində də baza stansiyalarının quraşdırılması işlərini davam etdirir.
Əhalini keyfiyyətli internetlə təmin etməyi hədəfləyən “Nar” ümumilikdə 2021-ci ilin birinci rübü ərzində 50-dən çox yeni baza stansiyaları quraşdırıb. Bununla da mobil operator 5670-dən artıq baza stansiyası ilə ölkə əhalisini kəsintisiz internetlə təmin edir.
Qeyd edək ki, ötən ilin birinci rübü ilə müqayisədə bu ilin müvafiq dövründə LTE-A texnologiyası ilə ötürülən data trafikinin həcmi 22% artıb. Hazırda şəbəkədəki ümumi internetin təxminən 82%-i LTE-A texnologiyalı baza stansiyaları üzərindən verilir. Qeyd edək ki, “Nar”ın internet şəbəkəsi ölkə ərazisinin 89%-ni, ölkə əhalisinin isə 99,9%-ni əhatə edir.
Xatırladaq ki, Vətən müharibəsi dövründə “Nar” səyyar baza stansiyaları vasitəsilə işğaldan azad edilmiş əraziləri mobil rabitə ilə təmin edirdi.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button